Bu məsələdə əlimizdən gələni etməyə çalışacağıq - Prezident
Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev pakistanlı həmkarı Arif Alvi ilə görüşdə bildirib.
"Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqilik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq", - A.Alvi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət