Dərc edildi: Baxış sayı: 557
Bu marşrutlar kart sisteminə keçdi
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 25-dən etibarən 39, 26-sı tarixindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.
Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət