Slimfit
  1. GÜNDƏM

Bu küçələrdə avtomobil saxlamaq olmayacaq

Bu küçələrdə avtomobil saxlamaq olmayacaq
Sakura

Paytaxtın dar olan bəzi mərkəzi küçələrində avtomobillərin səkilərin üstündə və ya yol kənarında saxlanmasının…

Paytaxtın dar olan bəzi mərkəzi küçələrində avtomobillərin səkilərin üstündə və ya yol kənarında saxlanmasının qarşısının alınması üçün yenidənqurma işlərinə start verilib.

Axar.az xəbər verir ki, həmin işlərdən biri də Bəşir Səfəroğlu küçəsində başlayıb. Həmin ərazidə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilənin eni olduğu kimi saxlansa da, hündürlüyü bir neçə santimetr qaldırılıb. Bu da səkilərin üzərində avtomobil saxlanılmasının qarşısını alacaq.

Məlumata görə, yenidənqurma işləri Nazirlər Kabinetinin sifarişi əsasında aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yola asfalt döşəndikdən sonra səkinin hündürlüyü norma daxilində olacaq. Səkilərin eni də əvvəlki kimi qalacaq, heç bir dəyişiklik edilməyəcək:

“Bəşir Səfəroğlu küçəsində hərəkət birzolaqlıdır. Küçə Sovet illərində salınarkən da birzolaqlı olub. Zamanla piyada keçidlərinin üzərində qanunsuz olaraq avtomobillər saxlanıldığı üçün səkilər tamamilə məhv olmuşdu. Səkilərin enində heç bir dəyişiklik edilməyib. Cüzi, bir neçə santimetrlik dəyişiliklər ola bilər, ancaq səkinin genişləndirilməsi işi həyata keçirilməyib”.

Küçədə hərəkət birzolaqlı olduğu üçün orada avtomobil saxlanılması qadağandır. Lakin yaxın ərazidə yaşayanları nəzərə alaraq bəzi hissələrdə cibli avtomobil dayanacaqları yaradılıb.

A.Nəcəfli bildirib ki, bu dayanacaqlar forsmajor hallar üçün nəzərdə tutulub.

Xatırladaq ki, aparılan işlər Nizami küçəsinin genişləndirilməsi və binaların abadlaşdırılması işləri çərçivəsində həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR