Bu kommunal xidməti iki dəfə qaldıran kimdir?
Biləcəri bələdiyyəsi ərazisində məişət tullantılarınin daşınması və zərərsizləşdirilməsi, o cümlədən xidmət haqqının yığılmasını Biləcəri bələdiyyəsi həyata keçirmir.
Bu barədə Axar.az-a Biləcəri bələdiyyəsindən ərazidə məişət tullantılarının daşınmasına görə xidmət haqqının iki dəfəyə yaxın bahalaşması barədə yayılan məlumata münasibət bildirərkən qeyd edilib.
Biləcəri bələdiyyəsindən bildirilib ki, bu problemin Biləcəri bələdiyyəsinə heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi sakinləri Trend-ə şikayət edərək, məişət tullantılarının daşınmasına görə xidmət haqqının 3 manatdan 5 manata qaldırılmasından şikayətləniblər. Sakinlər artımla bağlı əvvəlcədən xəbərdarlıq edilmədiyini də vurğulayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət