Slimfit
  1. CƏMİYYƏT

Bu komitə üzvləri də maaşlarını korona ilə mübarizəyə verir

Bu komitə üzvləri də maaşlarını korona ilə mübarizəyə verir
Sakura

Bu komitə üzvləri də maaşlarını korona ilə mübarizəyə verir

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə onlayn toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) əmək haqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

“Bugünlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur” - deyə, millət vəkili əlavə edib.

Qeyd edək ki, ötən gün Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri belə qərar qəbul ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR