Slimfit
  1. CƏMİYYƏT

Bu klinika 20 min manat cərimələndi

Bu klinika 20 min manat cərimələndi
Sakura

Bu klinika 20 min manat cərimələndi

Tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, araşdırma zamanı “Berlin Ailə və Uşaq Klinikası” MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.

Fakt üzrə Yasamal rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR