Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu kartoflar ölümə yol açır diqqətli olun

Bu kartoflar ölümə yol açır diqqətli olun
Sakura

Bu kartoflar ölümə yol açır diqqətli olun

Düzgün şəraitdə saxlanmayan kartof yaşıl rəngə çevrilib cücərdiyi zaman zəhərləyərək ölümə yol aça bilər. Mütəxəssislər "Kartof yedikdən sonra ürəkbulanma, boğaz yanması və baş ağrısı başladısa dərhal xəstəxanaya gedin" deyərək insanlara xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, süfrələrin əvəzedilməz tərəvəzi olan kartof tərkibindəki lif sayəsində toxluq hissinə təkan verərək həzm sistemini dəstəkləyir. C və B vitaminləri, klium mineralı ilə də enerji verir. Ancaq kartofun faydaları qədər səhv qəbul edilməsinni zərərləri də həyati əhəmiyyət daşıyır. 
 
Mövzu ilə bağlı risklərə diqqəti çəkən türkiyəli mütəxəssislər "İnsan sağlamlığı üzərində bir çox müsbət təsirləri olan kartof torpaqdan çıxarılmadan əvvəl və sonra edilən səhvlər səbəbi ilə qida zəhərlənmələrinə, hətta bunlara bağlı ölümlərə də yol aça bilər. Bitkilər, göbələk və həşəratlar kimi xarici amillərdən özlərini qorumaq üçün bəzi zəhərli maddələr istehsal edir. Əkilməsi və toplanmasında buraxılan səhvlərdə (saxlanma temperaturu, daşıma zamanı mexaniki yaralanma, rütubət, ventilyasiya və zərərli həşəratlar) bu zəhərli maddələrin artmasına səbəb olur və insan həyatını təhlükəyə atır" deyərək insanları diqqətli olmağa çağırıb. 
 
Qeyd edək ki, mütəxəssislər kartofla bişmiş yeməklərin orta hesabla 3-4 gündən çox yeyilməməsinin əhəmiyyət kəsb etdiyni də vurğulayıb..
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR