Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu insanlar hər kəsdən daha sağlam və güclü olur

Bu insanlar hər kəsdən daha sağlam və güclü olur
Sakura

Bu insanlar hər kəsdən daha sağlam və güclü olur

Veqan (heyvan mənşəli heç bir qida qəbul etməyib, balıq, yumurta, süd məhsulları və baldan da imtina edənlər) yaşayş tərzinə sahib insanların orqanizm üçün vitaminləri təmin etməsi digər insanlara nisbətən daha çətindir. Lakin qətiyyən mümkünsüz deyil.

Publika.az xəbər verir ki, ət və süd məhsullarından istifadə edən insanlar sağlamlıq üçün vacib olan vitamin və mineralları bitkilərdən rahatlıqla əldə edə bilər.

A Vitamini

A vitamini antioksidant xüsusiyyəti sayəsində immun sistemini gücləndirir. Dərinin sağlamlığı, göz, böyümə, nəsilartırma və inkişaf kimi bir çox istiqamətdə fayda verir. A vitamin cəfəri, mərcimək, kök, qovun kimi qidalarda bol miqdarda var. Xüsusilə, şirin kartof gündəlik ehiyac olan A vitaminini təmin edə bilər.

B6 Vitamini

B6 vitamini stressi azaltmaqla yanaşı, hemoqlobinin yaranmasında iştirak edir. Eyni zamanda, qidaların həzmini asanlaşdıraraq nizamlayıcı rol oynayır. B6 vitamini noxudda bol şəkildə mövcuddur. Noxud gündəlik B6 ehtiyacınızın 55%-ni qarşılayır. Eyni zamanda, banan və yaşıl noxud da bu baxımdan zəngindir.

B12 Vitamini

Veqan qidalanma hemoqlobinin yaranmasına yardımçı olan heyvan mənşəli qidalara qadağa qoyduğu üçün B12 vitamini əksikliyi yaşamaq mümkündür. Lakin mütəxəssislər B12 vitaminin göbələk növlərində olduğunu bildirir. Buna görə göbələkdən bol şəkildə istifadə etməyi tövsiyə edirlər.

C Vitamini

C vitamini vücudumuzun immun sistemini qüvvətləndirir və toxumların yenilənməsini sürətləndirir. Bilinənin əksinə, C vitamin ən çox portağal və limon kimi sarı qidalarda deyil, qırmızı şirin bibərdədir. Bundan başqa, kivi və brokolye də C vitamini ilə zəngindir.

D Vitamini

Cildinizi Günəş ışığına məruz buraxdığınızda orqanizminiz D vitamini özbaşına istehsal edə bilər. D vitamin bu xüsusiyyəti ilə digərlərindən seçilir. Həmçinin, iltihablanmaya qarşı savaşır, immun sistemini qüvvətləndirir. Əgər Günəşin altında zaman keçirə bilmirsinizsə, soya südü, badam südü və ya meyvə suyunu bol şəkildə için.

E vitamini

E Vitamini stresslə mübarizə aparan və vücudun ən yaxşı formada fəaliyyətdə olmasını dəstəkləyən antioksidantlara sahibdir. Xoşbəxtlikdən, bir çox qidanın tərkibində bu vitamindən mövcuddur. Veqan qidalanmaya uyğun E vitamin qəbul edə biləcəyiniz ən yaxşı qida günəbaxan tumudur. Alternativ olaraq badam, yerfındığı, avokado kimi qidalar yeyə bilərsiniz.

K Vitamini

K vitamini olmadan ən kiçik kəsintidə belə qanınızın dayanmadan axacağını bilirdinizmi? K vitamin qanın laxtalanmasını təmin edir. Bu vitamin kələm, ispanaq və çuğundurda bol miqdarda var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR