Slimfit
  1. İQTİSADİYYAT

Bu ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub

Bu ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub
Sakura

Bu ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub

Bu ilin əvvəlinə nisbətən inflyasiya bir qədər zəifləsə də, ikirəqəmli olaraq qalmaqda davam edib, həm daxili, həm də xarici amillər inflyasiyaya təsir edib.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub, ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib (2022-ci ildə orta illik inflyasiya 13,9%). İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam etmiş, baxılan dövrdə də ən yüksək bahalaşma ərzaq məhsulları üzrə qeydə alınıb (15,1%).İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya müşahidə edilib.

Hesabat dövründə orta illik inflyasiyanın ikirəqəmli qalması həm xarici, həm də daxili amillər ilə izah edilir. Belə ki, yanvar-iyun aylarında idxal olunan mallar orta illik qiymətləndirmədə 18,9% bahalaşıb, AMB tərəfindən sterilizasiya əməliyyatlarının tətbiqi fonunda manatla pul bazası iyun ayının sonunda illik ifadədə 17,6% artıb. Baxılan dövr ərzində istehsalçı qiymət indekslərində də artım izlənib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi idxal inflyasiyasını bir qədər neytrallaşdırmış və inflyativ proseslərə azaldıcı təsir edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR