Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Bu ilin sonundan Bakıdan İstanbula THY ilə uçuşlar yalnız yeni hava limanına həyata keçiriləcək

Bu ilin sonundan Bakıdan İstanbula THY ilə uçuşlar yalnız yeni hava limanına həyata keçiriləcək
Sakura

Bu ilin sonundan Bakıdan İstanbula THY ilə uçuşlar yalnız yeni hava limanına həyata keçiriləcək

"Türk Hava Yolları" (THY) şirkəti dekabrın 31-dən bütün uçuşlarını İstanbulun yeni hava limanından həyata keçirəcək. 

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bununla da dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkət olaraq THY öz şəbəkəsini genişləndirmək, yeni istiqamətlər üzrə uçuşlar yerinə yetirmək və daha çox sərbəst vaxtla həm sərnişin, həm də yük nəqliyyatını artırma imkanı əldə edəcək. 

"Ən son texnologiya və innovasiyaların tətbiqi ilə ərsəyə gətirilən yeni terminal sayəsində sərnişinlər yeni səyahət təəssüratları əldə edəcəklər. THY yeni hava limanının açılışı ilə türk aviasiyasının yeni erasına qədəm qoyur. Dünyanın ən böyük beynəlxalq hava qovşağı Türkiyənin milli aviaşirkətinə ev sahibliyi edəcək və İstanbulu aviasiya və səyahət mərkəzinə çevirəcək. Şərq və Qərbin kəsişməsindəki strateji mövqeyi sayəsində bu “ağıllı” hava limanı “Türk Hava Yolları” və qlobal aviasiya sənayesinin inkişafı üçün böyük potensiala malikdir və tam hazır olduqdan sonra hər il 200 milyon sərnişini qarşılayacaq. Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan tərəfindən rəsmi şəkildə açılışı baş tutmuş İstanbul Yeni Hava Limanı Türkiyə Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə “İstanbul Hava Limanı” adlandırılıb. 29 oktyabr tarixində rəsmi açılış mərasiminin ardınca “Türk Hava Yolları” (THY) yeni aeroportdan məhdud sayda yerli və beynəlxalq uçuşlar həyata keçirir, digər bütün uçuşlar isə öncədən təyin olunmuş cədvələ əsasən həmişəki qaydada İstanbul Atatürk Hava Llimanından yerinə yetirilir. 30 dekabr tarixinədək İstanbul Hava Limanından əlavə uçuşlar yalnız Ankara, İzmir, Antalya, Bakı və Şimali Kipr Türk Respublikasına (Ercan) nəzərdə tutulub.

Dörd mərhələdən ibarət meqalayihənin 2028-ci ildə tamamlanması gözlənilir. Ümumilikdə, kompleks 76,5 km2 ərazini əhatə edəcək, altı uçuş-enmə zolağı, dörd terminal və 233 hava gəmisi üçün parkinq yeri və 225 min işçi ilə hər il 200 mln. sərnişinə xidmət göstərəcək. Son mərhələ başa çatdıqda ən böyük beynəlxalq hava qovşağı özündə ofislər, yaşayış binaları, hotellər, tibb mərkəzi, mədəniyyət və incəsənət binaları, ticarət mərkəzi, dizayner butikləri, sərgi-konqress mərkəzi, iclas və təlim mərkəzlərini də birləşdirəcək", - deyə açıqlamada qeyd olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR