Dərc edildi: Baxış sayı: 454
Bu ilin 11 ayında çoxmərtəbəli binalarda 25 430 mənzilə təbii qaz verilib
2018-ci ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalara təbii qazın verilməsini təmin edib.
“Report” Birliyə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 25 430 ailə yaşayır.
Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət