Dərc edildi: Baxış sayı: 390
Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı
Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 113 ipoteka krediti verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fondun məlumatında bildirilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344 milyon 600 min manatdan çoxdur.
Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457 min 600 manat təşkil edib.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət