Slimfit
  1. İQTİSADİYYAT

Bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 16% artıb

Bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 16% artıb
Sakura

Bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 16% artıb

 Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələri ilə ticarət dövriyyəsi bu ilin 8 ayı üzrə 16% artıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev ilə görüşdə bildirib.

Görüşdə Şahin Mustafayev yeni vəzifəyə təyin edilməsi münasibətilə Bağdad Amreyevi təbrik edib, fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.

Nazir bildirib ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, ticarət əlaqələri genişlənir. 2017-ci ildə Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan TDƏŞ ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, TDƏŞ ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb.

Nazir Şahin Mustafayev Azərbaycanın türkdilli dövlətlərin tədbirlərində fəal iştirak etdiyini və ölkəmizin bundan sonra da iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, TDƏŞ-ə üzv ölkələr arasında ticarət, nəqliyyat-tranzit, turizm, İKT və s. sahələrədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev qurumun bütün istiqamətlərdə, eləcə də iqtisadi sahədə üzv ölkələr arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bağdad Amreyev iqtisadiyyat nazirlərinin növbəti görüşünün Qırğız Respublikasında keçiriləcəyini qeyd edərək, bu tədbirin türkdilli ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iclasda türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə ediləcəyini bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR