Slimfit
  1. AZƏRBAYCAN

Bu il Samuxdakı təsərrüfatlardan 6 min tondan çox günəbaxan tumu yığılacaq

Bu il Samuxdakı təsərrüfatlardan 6 min tondan çox günəbaxan tumu yığılacaq
Sakura

Bu il Samuxdakı təsərrüfatlardan 6 min tondan çox günəbaxan tumu yığılacaq

Samux rayonundakı təsərrüfatlardan 78,8 ton dən üçün günəbaxan yığılıb. Samuxda əkin sahəsi ildən-ilə genişləndirilən günəbaxanın rayon üzrə builki məhsuldarlığı hər hektara görə 21,3 sentner olub.

Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, satış bazarı olduğundan 2018-ci ilin məhsulu üçün 2 min 865,5 hektar sahədə günəbaxan əkilib.

Əkin sahələrinin 173,5 hektarı kənd təsərrüfatı müəssisələrinin, 2 min 692 hektarı isə əhali təsərrüfatlarının payına düşüb.

Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən geniş istifadə edilib. 2017-ci ildən Şəmkir Maşın Su Kanalının işə düşməsi də məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artmasına səbəb olub.

Gündüz Bayramov sahələrdən 6 min tondan çox məhsulun toplanmasının proqnozlaşdırıldığını deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR