Slimfit
  1. CƏMİYYƏT

Bu il dövlət mülkiyyətinə 19 milyon manat dəyərində ziyan vurulub - Nazim Rəcəbov

Bu il dövlət mülkiyyətinə 19 milyon manat dəyərində ziyan vurulub - Nazim Rəcəbov
Sakura

Bu il dövlət mülkiyyətinə 19 milyon manat dəyərində ziyan vurulub - Nazim Rəcəbov

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatın ödənilməsi təmin olunub.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bunu bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.

Bildirib ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 029 manat ziyanın 7 milyon 160 min 911 manatı xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib:

"Habelə, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 849 min 526 manat məbləğində pul vəsaitinin ödənilməsi və zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 578 min 752 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR