Dərc edildi: Baxış sayı: 524
Bu il çoxmərtəbəli binalarda 6300-ə yaxın mənzilə təbii qaz verilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə 6 262 mənzilə təbii qaz verib.
“Report” bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Bildirilib ki, “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət