Slimfit
  1. AZƏRBAYCAN

Bu il Cəlilabadın üzüm bağlarında bol məhsul yetişdirilib

Bu il Cəlilabadın üzüm bağlarında bol məhsul yetişdirilib
Sakura

Bu il Cəlilabadın üzüm bağlarında bol məhsul yetişdirilib

Sovetlər dövründə Azərbaycanda ən çox üzüm məhsulu Cəlilabad rayonunda istehsal olunurdu. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan aqrar bölmənin bu gəlirli sahəsi yenidən inkişaf etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək və fermerlər tərəfindən bağlara göstərilən aqrotexniki qulluq sayəsində bu il rayonun üzüm bağlarında keçən illə müqayisədə bol məhsul yetişdirilib.

Hazırda rayonun üzüm bağlarında əsasən daha tez yetişən süfrə üzüm növləri yığılır.

Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı çərçivəsində rayona ən müasir texnikalar, mineral gübrələr və məhsuldar üzüm növləri gətirilib. Xaricdən gətirilmiş tinglər hesabına rayonda yeni bağlar salınıb. Gətirilən üzüm növlərindən “Kardinal”, “Alfons”, “Dallas”, “Sentinial” və digərləri yerli iqlim şəraitinə uyğunlaşdırılıb.

Üzümçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları nikbindirlər. Çünki bağlarda bol məhsul yetişdirilib. Onların fikrincə, bu il üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə 20-25 faiz çox olacaq.

Tədarük edilən üzüm məhsulu yerli bazarlarla yanaşı, xaricə də çıxarılır.

Qeyd edək ki, ötən il rayonun üzüm bağlarından 13 min ton məhsul toplanıb. Bu il isə bu rəqəmin 15 min tona çatdırılması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR