Slimfit
  1. CƏMİYYƏT

Bu il bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub

Bu il bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub
Sakura

Bu il bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub

2024-cü ildə bir dəst dopler hava radarı və bir dəst aeroloji stansiyanın alınması nəzərdə tutulub.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib. O bildirib ki, dopler radarın Şuşa, aeroloji stansiyanın isə Füzuli şəhərində quraşdırılması nəzərdə tutulub: "Eyni zamanda 2025-2026-cı illərdə də avtomat hidroloji və meteoroloji stansiyaların alınaraq quraşdırılnası nəzərdə tutulub. Avtomat hidroloji stansiyalar Qarqarçayın Xankəndi şəhərindən keçən hissəsində, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın, Tərtərçayın Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub. Avtomat meteoroloji stansiyalar isə Xocavənd, Ağdərə, Xankəndi və Qubadlının ərazisində quraşdırlacaq".

O xatırladıb ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya qurulub. Transsərhəd çaylar üzərində keyfiyyət sensorları da quraşdırılıb: "Eyni zamanda, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb".

"Avtomat meteoroloji və avtomat hidroloji stansiyalardan alınan məlumatlar Milli Hidrometeorologiya Xidmətində serverdə toplanır və vizuallaşması təmin olunur", - deyə o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR