Dərc edildi: Baxış sayı: 511
Bu il “Azəriqaz” 453 çoxmərtəbəli binanı qazlaşdırıb
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, Birlik bu ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 453 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Həmin binalarda, ümumilikdə, 22075 ailə yaşayır.
Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi, zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət