Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 711 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 obyekt çoxdur.
Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı məsələləri üzrə dövlət təşkilatına istinadən məlumat verir.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları Türkiyədə bu ilin yanvarında 95, fevralda 105, martda 87, apreldə 87, mayda 90, iyunda 67, iyulda 92, avqust 88 daşınmaz obyekt əldə edib.
Bu ilin avqustunda Türkiyədə 110,5 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin avqustu ilə müqayisədə 5,1 faiz çoxdur.
İlin avqustunda Türkiyədə əcnəbilərə 3 604 daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin avqustu ilə müqayisədə 6,8 faiz azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət