Slimfit
  1. AZƏRBAYCAN

Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq

Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
Sakura

Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq

 Azərbaycanda əhalinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-nə qədər keçiriləcək.

Report”un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, prosesə hazırlıq işləri 2017-ci ilin yanvar ayından başlanılıb: “Son 2 ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb, bu prosesi tənzimləyəcək 50-ə yaxın normativ hüquqi sənəd hazırlanıb”.

T.Budaqov xatırladıb ki, ötən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıya alınması keçirilib: “Bunun məqsədi hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqinin qiymətləndirilməsi və eyni zamanda siyahıya alınma üçün sonra proqram təminatının sınaqdan keçirilməsi olub. İndi əhalinin siyahıya alınmasına tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən çox insan bu təlimlərə cəlb ediləcək ki, siyahıya alınma uğurla həyata keçirilsin. Bundan sonra 10 mln. dan artıq sorğu vərəqləri emal ediləcək. Bu da uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb. Siyahıya almanın yekunu 2022-ci ilin I yarısının sonunda məlum olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR