Dərc edildi: Baxış sayı: 512
Bu il Azərbaycan 7,4 milyon dollarlıq karbamid ixrac edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,439 min ton azot gübrəsi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 7,365 mln ABŞ dolları təşkil edib.
8 ay ərzində azot gübrəsinin qeyri-neft sektoru üzrə ixracda payı 0,64% olub.
Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir.
İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət