Bu il AMEA-nın magistr pilləsinə 67 bakalavr daxil olub
"2018-2019-cu tədris ili üçün AMEA-nın magistraturasına daxil olmaq üçün 92 plan yeri üzrə 1124 bakalavr müraciət edib. Bu, 1 er üzrə 12-13 nəfərin sənəd verməsi deməkdir". SİA-nın xəbərinə görə, bunu AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bu gün "Bilik günü" münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu il magistraturaya 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 bakalavr daxil olub: "Elə ixtisaslar var ki, orada 1 yer üzrə 41 nəfər bakalavr ərizə verib. Gənclərin Akademiyaya marağı artıb. Bunun göstəricisidir ki, keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verən ixtisaslar kimyəvi kinetika və kataliz ixtisası, qəbul zamanı ən yüksək nəticə göstərən magistrant İdarəetmə Sistemləri İnstitutundandır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət