Slimfit
  1. CƏMİYYƏT

Bu il 7000 qaçqın və məcburi köçkün ailəsi evlə təmin olunacaq

Bu il 7000 qaçqın və məcburi köçkün ailəsi evlə təmin olunacaq
Sakura

Bu il 7000 qaçqın və məcburi köçkün ailəsi evlə təmin olunacaq

“2020-ci ildə 35000 nəfərədək məcburi köçkün üçün yeni binalar və qəsəbələr salınacaq”.

Bunu APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib. 

F. Hüseynov deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi həlli tapılanadək bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün işlər davam etdiriləcək: “Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində strategiya müəyyənləşdirib və icra edir. Bu günə qədər 30-dan çox şəhər və rayonda Azərbaycan dövləti tərəfindən 110 yeni qəsəbə salınıb. 65000 məcburi köçkün ailəsi və yaxud 315000-ə yaxın soydaşımız yeni qəsəbələrdə mənzillərlə təmin olunub. Bu proses 2020-ci ildə də davam etdiriləcək”.

Sədr müavini qeyd edib ki, ölkə başçısının tapşırığı ilə 2020-ci ildə ən az 7000 məcburi köçkün ailəsi üçün yeni binalar və qəsəbələr salınacaq: “Bu proses həm Bakı, Sumqayıt şəhərlərini, həm də ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edəcək. Amma Azərbaycan dövlətinin bu sahədə görəcəyi işin əsas istiqaməti “Böyük qayıdış”a hazırlıq və onun icrasıdır. Bu istiqamətdə də artıq müəyyən işlər görülməyə başlayıb. Cocuq Mərcanlı kəndində və əvvəllər Dağlıq Qarabağ inzibati vilayətinə daxil olan Tərtər rayonun Şıxarx kəndində görülən işlər “Böyük qayıdış”ın ilk qaranquşları kimi səciyyələndirilir”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR