Slimfit
  1. İQTİSADİYYAT

Bu il 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb

Bu il 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
Sakura

Bu il 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb

“Əvvəllər bir peşə təhsili müəssisəsində müxtəlif istiqamətlər üzrə kadrlar hazırlanırdı. İndi peşə təhsil mərkəzləri məhz müəyyən sahələr üzrə ixtisaslaşır. Son illərdə belə 24 peşə təhsil mərkəzi yaradılıb”. 

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ilin yekunları ilə bağlı məlumat verərkən bildirib. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir:

“Peşə təhsil mərkəzi ilə əhatə dairəsini genişləndirək qarşıda duran məqsədlərdəndir. Starteji Yol Xəritəsində 10 pilot peşə təhsil mərkəzi müəyyənləşdirilib. Avropa İttifaqı ilə həm Bakıda, həm də regionlarda peşə təhsil sisteminin inkişafı ilə bağlı 4 layihə həyata keçirilir. İlk dəfə olaraq bu il 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb və ora 420 şagird cəlb edilib. Bu şagirdlər gələcəkdə özlərini məhz peşə sahəsində görürlər. Onlar ilkin peşə vərdişlərini artıq ümumtəhsil müəssisəsində alacaqlar. Sonradan bu istiqamətdə öz karyeralarını davam etdirəcəklər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR