Slimfit
  1. CƏMİYYƏT

Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub

Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub
Sakura

Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 10,3 mini pensiya, 34 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış xidməti də yaradılıb. Bu ilin ilk rübündə həmin e-xidmətlər vasitəsilə vətəndaşlara 110 min e-arayış verilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR