Slimfit
  1. İQTİSADİYYAT

"Bu heyvan sahibkarlara böyük gəlir gətirir"

"Bu heyvan sahibkarlara böyük gəlir gətirir"
Sakura

"Bu heyvan sahibkarlara böyük gəlir gətirir"

Ətlik cins olan mavi Belçika cinsi iri təsərrüfatlarda sürətlə yayılır və sahibkarlara böyük gəlir gətirir. Bu cins necə əldə olunub? 

Fins.az xəbər verir ki, bu barədə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli bildirib.

 

Belçikada ətlik-südlük cinslər üzərində elmi seleksiyaların aparılması XIX əsrin II yarısından başlayıb. Hələ o vaxt İngiltərədən Şortqorn cinsi, Fransadan isə bir neçə cins gətirilərək üzərində seleksiya işləri aparılıb və bu cins əldə olunub. Sonrakı dövrlərdə cins üzərində çoxsaylı elmi seleksiyalar aparılaraq ət verimi yüksəldilib. 

İnək hazırkı görünüşünü ötən əsrin 50-ci illərində professor Hansetin səyləri nəticəsində aldı, cinsin ət məhsuldarlığı ən yüksək həddə çatdırıldı. Professor heyvanın gen inkişafını məhdudlaşdırdı, əzələlərin inkişafına maneə törətdi və qısa vaxtda ət çəki qazanmaq qabiliyyətini artırdı. Bəzi ədəbiyyatlarda bu inəyin adı Belçika ağ-mavi inəyi də adlandırılır, ən çox Belçika, ABŞ, Fransa və Almaniyada yayılıb. 
Bu cinsin ən böyük fərqləndirici xüsusiyyəti xarici görünüşü ilə bağlıdır. Heyvanın əzələli görünüşü var, bədəninin bəzi hissələri tüklə örtülüb. Erkəkləri bir yaşında 475 kiloqrama, dişiləri 370 kiloqrama, ikinci ilində erkəkləri 775 kiloqrama, dişiləri isə 500 kiloqrama çatır. Doğulduğunun dördüncü həftəsindən başlayaraq sürətlə-günə 2 kq çəki yığmağa başlayır. 

Ağır çəkisinə baxmayaraq güclü ayaqları heyvana sürətli hərəkət etməyə imkan verir. Digər inək cinslərindən fərqli olaraq ət çıxımı 80%-dən yuxarıdır, əti yumşaq və dietikdir. 200 günlük laktasiya dövründə bu cins yağlılıq göstəricisi 3,5%-dən aşağı olmamaq şərti ilə 4500 litr süd verir. 
Üstünlükləri və risqləri:
- Bəslənmə dövründə sürətli çəki artımı;
- Keyfiyyətli, diyetik ət çıxımı;
- 7-8 aylığında boğazlıq;
- Sakit təbiətli olması;
- Qüvvəli, sulu-şirəli yemlərə tələbkar olmaması;
- Gen modifikasiyasına uğraması;
- Bədən üzvlərinin artıq çəki səbəbi ilə şişkin olması;
- Çətin doğum, (yalnız qeysər əməliyyatı ilə bala dünyaya gətirir); 
- İsti iqlimdə yaşamağı sevməsi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR