Slimfit
  1. SİYASƏT

Bu, heç kimdə şübhə doğurmur - İham Əliyev

Bu, heç kimdə şübhə doğurmur - İham Əliyev
Sakura

Bu, heç kimdə şübhə doğurmur - İham Əliyev

Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə bildirib.

"Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor - istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur", - Prezident qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR