Slimfit
  1. DÜNYA

Bu "həbsxana"ya girmək üçün insanlar pul ödəyirlər

Bu "həbsxana"ya girmək üçün insanlar pul ödəyirlər
Sakura

Cənubi Koreyada son vaxtlar xeyli məşhurlaşan “həbsaxana”sı dünya ictimaiyyətinin diqqətini öz üzərinə…

Cənubi Koreyada son vaxtlar xeyli məşhurlaşan “həbsaxana”sı dünya ictimaiyyətinin diqqətini öz üzərinə çəkməyi bacarıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2013-cü ildə başladılan layihə gözlənilən müvəffəqiyyəti əldə edib. Bir cütlük tərəfindən qurulan “İçimdəki Həbsxana” (Prison Inside Me), insanların həbsxanaya girmək üçün can atdıqları bir məkana çevrilib.
Bu qəribə layihənin yaranma tarixçəsi də özü qədər maraqlıdır. “Həbsxana”nın qurucularından Noh Yİ Yanq bu haqda belə deyir: “Həyat yoldaşım həftədə 100 saatdan çox işləyən prokuror idi. Bəzi vaxtlar “belə işləməkdənsə bir həftə həbsxanada yatmağı seçərdim” deyirdi. İnsanların ağır iş rejiminin stresindən uzaqlaşdığı bir yer ideyası belə ortaya çıxdı”.
Həbsxanaın bir sutkalıq qiyməti 90 dollardır. Binaya giriş zamanı “məhkumlar”a qaydalar izah olunur və onlardan şəxsi əşyaları alınır. Məhkum paltarı geyinən müştərilər 5 kvadratmetrlik kameralara yerləşdirilir.
Girişdə bir qələm, bir dəftər və yoqa xalçası verilir, həmçinin digər “məhkumlar”la danışmaq qadağan olunur.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR