Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu hallarda dərhal təcili tibbi yardım çağırın

Bu hallarda dərhal təcili tibbi yardım çağırın
Sakura

Bu hallarda dərhal təcili tibbi yardım çağırın

Bəzi hallarda xəstəyə həkim müdaxiləsinin lazım olmasını müəyyən etmək çətin olur. Lakin belə hallarda nə etmək lazım olduğunu bilmək çox vacibdir, çünki bu informasiya sizin və yaxınlarınızın həyatını xilas edə bilər.

1. Siz sinənizdə ağrı və nəfəs alma çətinliyi hiss edirsiniz.

Hər kəsə məlumdur ki, sinədə güclü ağrılar infarktın əlamətidir. Lakin diqqətli olun – bu yeganə əlamət deyil. Qadınlarda simptomlar belə aşkar olmaya bilər. Məhz buna görə qızların çoxu infarkt ağrısını həzm problemləri kimi  qəbul edirlər. İnfarktın digər əlamətləri sinə sahəsində təzyiq, ürək bulanma, baş gicəllənməsi, soyuq tər və təngnəfəslikdir. Əgər siz özünüzdə infarktdan şübhələnirsinizsə, onda düşünmədən təcili tibbi yardım çağırın.

2. Siz qarın nahiyəsində güclü ağrı hiss edirsiniz.

Bu appendisit və ya hətta yumurtalıq kistaları ola bilər. Eyn zamanda qarında ağrılar digər səbəblərdən ola bilər: qeyri-sağlam qidadan tutmuş xroniki xəstəliklərə qədər. Lakin əvvəlcədən sığortalanmaq lazımdır. Appendisit ağrısını həmişə qarnın aşağı hissəsində hiss edə bilmirsiniz. Bəzən göbəyin ətrafında müşahidə olunur, siz həmçinin hərəkət zamanı narahatlıq hissi keçirə bilərsiniz. Yumurtalıq kistaları adətən oxşar hisslərlə müşayitə olunur. Əgər ağrı sizdə qəfil başlayıbsa və güclənirsə, yaxud əgər qarnın aşağı hissəsində cəmləşibsə və qızdırma və qusma isə müşayiət olunursa, dərhal təcili tibbi yardımı çağırın.

3. Başınız harasa dəyib.

Ağır baş travmaları həqiqətən ciddi nəticələrə səbəb ola bilər, buna görə də əgər siz yıxılıbsınızsa və ya avtomobil qəzası keçiribsinizsə, mümkün qədər tez yaxınlıqdalı xəstəxanaya müraciət edin, çünki beyin silkələnməsi mümkündür. Həkimlər əmin olmalıdırlar ki, sizdə daxili qanaxma yoxdur. Bundan başqa əgər huşunuzu itiribsinizsə, təcili tibbi yardım çağırın. Beynin ciddi travmasının digər simptomları  boyun ağrısı, burun qanaxması, baş gicəllənməsi və yuxululuqdur.

4.Yaranız var və qanaxma dayanmır

Yara geniş yayılıb, lakin unutmamalıyıq ki, hətta kiçik sıyrılma belə güclü qanaxmaya səbəb ola bilər. Bəzi yaralar sinirlərin zədələnməsi ilə müşayiət oluna bilər. Əgər siz qanaxmanı dayandıra bilmirsinizsə, infeksiyadan qorunmaq və lazım olarsa tikiş qoymaq üçün təcili tibbi yardım çağırın ki, həkim yaranı müalicə etsin.

5. Siz güclü baş ağrısı hiss edirsiniz.

Bu anevrizm və ya insultun xəsarətləri əlaməti ola bilər. Beynin anervizminin xəsarəti ilə qarşılaşan insanlar öz hisslərini “öz həyatında ən ağır baş ağrısı” adlandırırlar. Bununla yanaşı o çox vaxt qəfil başlayır. Digər simptopmlar görmə və nitqlə bağlı problemlər ola bilər. Belə hallarda düşünmədən təcili tibbi yardım çağırın.

Əgər siz özünüzdə və ya yaxınınızda bu əlamətlərdən birini müşahidə etdinizsə dərhal təcili tibbi yardım çağırın.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR