Slimfit
  1. CƏMİYYƏT

Bu halda daha çox pensiya almaq imkanınız var

Bu halda daha çox pensiya almaq imkanınız var
Sakura

Bu halda daha çox pensiya almaq imkanınız var

Özəl pensiya fondunun yaradılması üçün normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Ens.az Referans.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov açıqlama verib.

Onun sözlərinə görə, hazırda fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ardınca isə layihələr Milli Məclisə təqdim olunacaq.

Vətəndaşları narahat edən məsələ, yaradılması planlaşdırılan bu özəl fondun onlara hansı imkanları təklif etməsidir. 

Ümumiyyətlə, belə bir fondun yaradılmasına ehtiyac varmı? 

İqtisadçı Elşad Məmmədov Referans.az-a açıqlmasında bildirdi ki, özəl fondların yaradılması indiki şəraitdə bir sıra problemlərə yol aça bilər:

“Hesab edirəm ki, Azərbaycanda bu gün özəl pensiya fondlarının yaradılmasından daha aktual məsələ DSMF-nun investisiya siyasəti ilə bağlı olmalıdır. Son illər DSFM-da menecment işinin effektivliyi ilə bağlı müsbət dəyişikliklərin şahidi oluruq. Bu da onu deməyə əsas verir ki, qısa müddətli perspektivdə artıq Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu investisiya fəaliyyətini həyata keçirərək öz resurslarını genişləndirə bilər. 

Özəl pensiya fondlarının yaradılması ideyası hazırki şərait üçün hələ tezdir. Çünki burada risklər var. Həmin risklərin idarə edilməsi məsələsi var. Sosial nöqteyi-nəzərdən hazırki şəraitdə bu işlərin reallaşdırılması bir sıra problemlərə yol aça bilər”.

İqtisadçı-ekspert Eyyub Kərimli isə daha optimist düşünür. Onun fikrincə, özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxarkən daha çox təqaüd almaq imkanı qazanacaq:

“Özəl pensiya fondlarının müəyyən üstün cəhətləri var. Təqaüdçülər özəl fondda da öz təqaüdlərinin bir qismini saxlaya bilərlər. Həmin özəl fondlar yığılan vəsaitdən dövriyyə edərək onun üzərinə əlavə gəlirlər gətirə bilər. İnsan təqaüd yaşı çatanda artıq nəzərdə tutulan vəsaitdən daha çox pensiya ala bilər.

Sözsüz ki, bu cür özəl fondların fəaliyyəti həm də pensiya sistemində yeni islahatların təmin edilməsinə müəyyən yol açacaqdır. Hətta hesab edirəm ki, fond pensiya yaşına çatmayıb vəfat etmiş vətəndaşların da həmin pensiya fondunda yığılan vəsaitinin öz varisləri tərəfindən istifadə edilməsinə köməklik göstərəcək.

 

Digər tərəfdən bu fondların fəaliyyəti həm də büdcənin yükünü azaldacaq. Çünki bu gün bizdə yeganə pensiya fondu dövlətin fondudur. Bütün pensiya indeksasiyası dövlət büdcəsi tərəfindən maliyələşir. Özəl pensiya fondlarının fəaliyyəti həm də büdcə yükünün azaldılmasına təsir göstərəcək. Gələcəkdə hansı pensiya fondunda öz vəsaitini cəmləməsi üçün vətəndaşın seçim imkanı olacaq”. 

Lakin iqtisadçı bu fondun üstünlüklərinə baxmayaraq risklərin mövcud olduğunu da bildirir:

“ Çünki pensiya fondlarından vətəndaş 25-30 ildən sonra bəhrələnə bilir. Bu baxımdan onların fəaliyyətinə dövlət tərəfindən həm ciddi nəzarət olunmalı, həm də sığortalanmalıdır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR