Dərc edildi: Baxış sayı: 469
Bu gündən Azərbaycanda peyvəndləmə işlərinə başlanılıb
Bu gündən etibarən Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndləmə işlərinə başlanılıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, Avropa İmmunlaşdırma Həftəsi 24-30 aprel tarixlərində keçiriləcək.
A.Əliyeva əlavə edib ki, bu il qızılca və məxmərəyə qarşı ölkəyə 160 min vaksin gətirilib: "Vaksinlər mart ayı ərzində respublikanın bütün region və şəhərlərinə paylanılıb. Dünənə qədər respublika üzrə 110 min insana təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində vaksin vurulub".
Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən Avropa İmmunlaşdırma Həftəsi keçirilir. Hər il peyvənddən kənarda qalan 5-10 minə yaxın insan vaksinasiyaya cəlb olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət