Bu gün smayliklərin ad günüdür
Bu gün virtual ünsiyyətimizə rəng qatan, emosiyalarımızı qarşı tərəfə hiss etdirməkdə yardımçımız olan smayliklərin doğum günüdü.
TED.az-ın məlumatına görə, smayliklərin doğum tarixi dəqiqəsinə qədər məlumdur. İlk smaylik 19 sentyabr 1982-ci il, səhər saat 11:44-də Karneqi Mellon Universitetinin professoru Skott Falman tərəfindən yaradılıb. O, öz həmkarlarına göndərdiyi mesajda emosiyalarını bildirmək üçün smaylikdən istifadə etməyin mümkün olduğunu göstərib.
Skott Falman bu kəşfi ilə öz həyatını və dünyanı dəyişmiş olduğunu düşünür.
“37 il bundan əvvəl bu mənim cəmi 10 dəqiqəmi aldı. Mən düşünürdüm ki, bu onlayn müzakirələrdə onlarla insanı sevindirəcək. Lakin mənim təklifim düşündüyümdən çox sürətlə, əvvəlcə Carnegie Mellonda yayıldı, sonra e-poçt vasitəsilə Massaçusets texnoloqlarına, daha sonra isə Stanford və digər universitetlərə yoluxdu”, - deyir Skott Falman.
Sonra insanlar müxtəlif variantlar düşündülər, hətta hər millətə, ayrı-ayrı dinlərə aid də smayliklər yaranmağa başladı.
Skott Falman: “Düşünürəm ki, xırda bir şəkil üzərində kreativlik etməyə ehtiyac yoxdur və ən yaxşı smaylik elə mənim smayliklərimdi. Bəlkə də, özüm düzəltdiyim üçün onlar mənə o qədər xoş gəlir”.
İlk smaylikin müəllifi deyir ki, o bu kəşfinə görə bir qəpikdə olsun qazanmayıb. Hətta bir dəfə küçədə bir oğlan ona təşəkkürünü bildirmək üçün 5 sent verib.
Qeyd edək ki, Falmanın müasir internet-forumların prototipi olan yerli elektron lövhəyə göndərdiyi məktub bugünədək qorunub saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət