Dərc edildi: Baxış sayı: 620
Bu gün S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verilib
S-400 zenit-raket kompleksinin növbəti hissəsi Türkiyəyə təhvil verilib.
Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, S-400-ləri gətirən dördüncü təyyarə bu gün Ankaradakı Mürtəd hərbi bazasına eniş edib.
Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb. Ötən gün rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.
Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət