Dərc edildi: Baxış sayı: 406
Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcək
Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İstanbulda Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və beynəlxalq problemləri müzakirə edəcəklər.
“Putin və Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin sonrakı inkişafı məsələləri, aktual regional və beynəlxalq problemlər müzakirə ediləcək”, - Kremlin mətbuat xidmətinin xəbərində deyilir.
Gözlənilir ki, Putin və Ərdoğan videokonfrans rejimində “Türk axını” qaz kəmərinin dəniz bölməsinin tikintisinin tamamlanması mərasimində iştirak edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət