Slimfit
  1. CƏMİYYƏT

Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya daha 29 nəfər daxil olub - RƏSMİ

Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya daha 29 nəfər daxil olub - RƏSMİ
Sakura

Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya daha 29 nəfər daxil olub - RƏSMİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün 29 nəfər daxil olub. 

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd olunub ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə, 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Birgə məlumatda ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamaq xahiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR