Slimfit
  1. MƏDƏNİYYƏT

Bu gün Kemal Sunalın anım günüdür

Bu gün Kemal Sunalın anım günüdür
Sakura

Bu gün Kemal Sunalın anım günüdür

Bugün Türkiyənin məşhur komediya ustası, Azərbaycanda da sevilən aktyor Kemal Sunalın ölümündən 19 il keçir.

Metbuat.az aktyorla bağlı az bilinən maraqlı faktları təqdim edir:

- 1944-cü il 10 noyabr tarixində anadan olmasına baxmayaraq, hər il yeni yaşını bir gün sonra qeyd edər və belə deyərmiş : “Əslində 10 noyabrda doğulmuşam. Amma Mustafa Kamal Atatürkün vəfat etdiyi gündə ad günümü qeyd edə bilmərəm. 11 noyabr doğum günümdür”

- Bir gün Kamal Sunalın qızı Ezo Sunala biri “Məni atanız böyütdü.” deyib. Ezo Sunal isə “Necə ki?” deyə sual verib. Gələn cavab bir az kədərli olub : “Bacım işləmək məcburiyyətində idi, atamızı itirmişdik. Anam da həmçinin işləyirdi. Kamal Sunalın iki filminin kasetini qoyar və işə gedərdilər. Bilirdilər ki, mən o filmləri izləmədən yerimi dəyişməz, ordan getmərəm”


- Həyat yoldaşı aktirsa Gül Sunal ilə tanış olduqdan sonra, 2 il yarım bir-birinə məktub yazıblar.


- Evləndikdən sonra ilk yaşadıqları ev o qədər nəmli imiş ki, evə qonaq gələndə mütləq kartof qızartması bişirərdilər. Səbəbi isə evdəki rütubət qoxusunu aradan qaldırmaq imiş.


- Rol aldığı “Bay Kamber” serialının ən az baxılan serial olmasının səbəbi digər kanallarda da eyni anda K.Sunal filmlərinin göstərilməsi imiş. Digər sözlə desək, Kamal Sunaıl Kamal Sunala rəqib imiş.


- 48 yaşında təhsil dönəmində araşdırdığı mövzusu özü imiş. “Deyəsən, heç kim məni araşdırmayacaq, bunu mən etdim” deyib işə başlamışdı. “Türkiyənin oxuyan insana ehtiyacı var, oxumayana yox. Bunu bildiyimə görə universiteti 27 ildə bitirdim” demişdi.


- Məktəb illərində Kamal Sunalın övladlarına sinif yoldaşları və dostları “İnəyin uşaqları” deyərək zarafat ediblər.


- Türklərin məşhur “çiy köfte” yeməyini sevən və tavana atan tək məşhurun İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da yoldaşı Gül Sunalı əsəbiləşdirmək üçün tez-tez bunu edib.


- Evində çox vaxt filmlərdəki paltarları ilə gəzib.


- Ən çox dinlədiyi müğənni İbrahim Tatlısəs olub.


- Həyat yoldaşı Gül Sunal onun 70 yaşı münasibətilə “Kemal, hadi, gel, bi kahve içelim” adlı kitabını yazıb.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR