Slimfit
  1. DÜNYA

Bu gün Jurnalistlərin Beynəlxlaq Həmrəylik günüdür

Bu gün Jurnalistlərin Beynəlxlaq Həmrəylik günüdür
Sakura

Bu gün Jurnalistlərin Beynəlxlaq Həmrəylik günüdür

Hər il sentyabrın 8-də qeyd olunan Jurnalistlərin Beynəlxlaq Həmrəylik Günü 1958-ci ildə Bükreşdə, Beynəlxalq Jurnalistlər Təşkilatının 4-cü Qurultayında təsis edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bayram hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. Fuçikin “Edamqabağı reportaj” kitabı 70 dilə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub.

Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir. Qərara əsasən, bu gün bütün ölkələrin jurnalistləri və nəşrləri dünya ictimaiyyətinə, xüsusilə də hüquqlarının qorunması məsələsində həmrəyliklərini göstərməlidirlər.

Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını Prezidentin Fərmanına uyğun olaraq, “Əkinçi” qəzetinin 1875-ci ildə nəşrə başladığı gün - iyulun 22-də qeyd edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR