Slimfit
  1. AZƏRBAYCANLI

Bu gün iki idmançımız tennis yarışlarında mübarizə aparacaq

Bu gün iki idmançımız tennis yarışlarında mübarizə aparacaq
Sakura

Bu gün iki idmançımız tennis yarışlarında mübarizə aparacaq

Azərbaycanın iki idmançısı iyulun 21-də Bakı Tennis Akademiyasında “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq.

Azərtac xəbər verir ki, fərdi yarışlarda qızların mübarizəsində Polina Drobişeva slovakiyalı Salma Druqdova ilə qarşılaşacaq.

Tamerlan Əzizov isə fərdi yarışda italiyalı Daniele Miniginini sınağa çəkəcək.

Qeyd edək ki, püşkatmaya görə digər təmsilçilərimiz Kənan Qasımov belçikalı Alessio Basile, Alina Hüseynova belçikalı Jülyet Bovi ilə qarşılaşacaq.

 

Azərbaycan yığması bu idman növündə iki oğlan və iki qızla təmsil olunur. Millimizin üzvlərinin hamısı mübarizəyə 1/32 finaldan başlayacaq.

Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR