Slimfit
  1. CƏMİYYƏT

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq
Sakura

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq

Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq. 

Ens.az xəbər verir ki,bunu "Report"un Rusiya bürosuna açıqlamasında Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib.

“İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - o bildirib.

Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın bir-iki saat ərzində sərhədi keçəcəkləri gözlənilir. 

Xatırladaq ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Sərhəd-keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.

Məlumat üçün bildirək ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR