Slimfit
  1. DÜNYA

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Bu gün Beynəlxalq Həkimlər Günüdür
Sakura

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.

AZƏRTAC xəbər verir ki, hər il həmin təşkilatın minlərlə həkimi müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il "Sərhədlərsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edirlər.

Hazırda Azərbaycanda 32 minə yaxın həkim və 53 minə yaxın orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda cansağlığının qoruyucularıdır.

Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə edirlər.

Həkimlər və səhiyyə işçiləri öz peşə bayramları günü ilə əlaqədar olaraq müxtəlif maarifçilik tədbirləri - seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR