Bu gün Bakının və Qubanın bəzi ərazilərində qaz təchizatı dayandırılıb
Bu gün səhər saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.
Bundan başqa, bu gün saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət