Slimfit
  1. AZƏRBAYCAN

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür
Sakura

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür

 Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür. 

"Report" xatırladır ki, ölkə 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib.

BMT Baş Məclisinin həmin gün keçirilən 46-cı sessiyasında Azərbaycanın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-dəNyu-Yorkda BMT-nin mənzil qərargahının qarşısında qaldırılıb. Həmin ilin may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycan 155 dövlətin dəstəyini alıb. Azərbaycan 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR