Dərc edildi: Baxış sayı: 429
Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Nyu-Yorkda görüşəcək
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək.
“Report” xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.
Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət