Dərc edildi: Baxış sayı: 439
Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.
“Report”un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
7 turdan sonra xal durumu belədir:
Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.
Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət