Slimfit
  1. İQTİSADİYYAT

Bu gün Azərbaycan hökuməti BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq

Bu gün Azərbaycan hökuməti BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq
Sakura

Bu gün Azərbaycan hökuməti BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq

Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrası ilə əlaqədar Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının şirkəti arasında icra müqavilələri imzalanacaq. 

Məsələ ilə bağlı “Report”un sualına cavabında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib ki, adıçəkilən müqavilələr BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının isə “Acwa Power” şirkətləri ilə imzalanacaq.

“Ümumilikdə 7 şirkətin qatıldığı seçim prosesi 3 mərhələdən ibarət olub. Ən əlverişli şərtləri təklif etdiklərinə görə, adıçəkilən şirkətlər seçilib. Bu müqavilələrdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr - 440 MVt-lıq layihələrin icrası nəzərdə tutulub. Belə ki, “Masdar” şirkəti 200 MVt-lıq günəş, “Acwa Power” isə 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin icrasını həyata keçirəcək”, - Z.Əliyeva əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR