Slimfit
  1. COĞRAFİYA

Bu gün Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayır

Bu gün Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayır
Sakura

Bu gün Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayır

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna üç günlük səfəri başlayır.

“Report” xəbər verir ki, o, Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək və bu ölkələrin rəhbərlikləri ilə danışıqlar aparacaq.

Almaniya hökumətindəki mənbələrin məlumatına görə, rəsmi Berlin regionun siyasi və iqtisadi inkişafında maraqlıdır.

"Reuters"in xəbərinə görə, Angela Merkel Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi danışıqların gündəliyində duracaq.

Bildirilir ki, Almaniya öz qaz mənbələrini şaxələndirmək məqsədi ilə bu qaz marşrutunda maraqlıdır.

"Biz Cənub Qaz Dəhlizinin daha da inkişaf etdirilməsində son dərəcə maraqlıyıq. Bu, Avropa İttifaqının təkcə Rusiyadan deyil, müxtəlif regionlardan Avropaya qaz tədarükünü təmin etmək üçün şaxələndirmə strategiyasının bir hissəsidir", — deyə agentlik alman məmurun sözlərini sitat gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR