Dərc edildi: Baxış sayı: 390
Bu gün 450 azərbaycanlı Rusiyadan vətənə qayıdacaq
Bu gün 450 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Dağıstan Respublikasının “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən ölkəmizə qayıdacaq.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı razılıq iyunun 23-də Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində əldə olunub.
Qeyd edək ki, iyunun 23-də 250 azərbaycanlı vətənə qayıdıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət