Slimfit
  1. CƏMİYYƏT

Bu geyimlər koronavirusdan qoruyur

Bu geyimlər koronavirusdan qoruyur
Sakura

Bu geyimlər koronavirusdan qoruyur

Mikrobioloqlar və parçalar üzrə mütəxəssislər koronavirusdan ən yaxşı qoruyan geyimi açıqlayıblar.

Bu barədə “İzvestiya” qəzeti xəbər yayıb.

Kosıgin adına Rusiya Dövlət Universitetinin Dekorativ Tətbiqi Sənət və Tekstil kafedrasının müdiri İrina Rıbaulina deyir ki, virusun keçiriciliyi materialın sıxlığından asılıdır.

O hesab edir ki, parçanın toxunma sıxlığı nə qədər yüksəkdirsə, qoruma da o qədər yaxşı olur. Beləliklə, atlas, sətin parçadan hazırlanan geyim yüksək sıxlığa malikdir. Trikotaj məhsullarının isə əksinə, həmin keyfiyyəti yoxdur, buna görə də pandemiya zamanı onları geyinmək tövsiyə edilmir.

Sıx toxunmuş materiallardan hazırlanmış paltar geyinirsinizsə, digər insanlara yoluxma riski əhəmiyyətli dərəcədə azalır. Bundan əlavə, mütəxəssis evə gəldikdən dərhal sonra geyimi dezinfeksiya etməyi məsləhət görür.

Eyni zamanda, düymələr və digər dekor elementləri olmayan paltarlar seçmək tövsiyə olunur, çünki virus mis üzərində dörd saata qədər, kartonda 24 saata qədər, paslanmayan polad və plastikdə isə üç günə qədər canlı qala bilər.

Viruslar və bakteriyalar saçlara da “yapışa bilər”, buna görə də mütəxəssislər pandemiya zamanı onları toplamağı və daha tez-tez yumağı məsləhət görürlər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR