Slimfit
  1. CƏMİYYƏT

“BU, GERİYƏ DOĞRU ADDIM DEYİLMİ?" - Deputat təhsil xərclərinin azaldılmasını sərt tənqid etdi

“BU, GERİYƏ DOĞRU ADDIM DEYİLMİ?" - Deputat təhsil xərclərinin azaldılmasını sərt tənqid etdi
Sakura

“BU, GERİYƏ DOĞRU ADDIM DEYİLMİ?" - Deputat təhsil xərclərinin azaldılmasını sərt tənqid etdi

Parlamentdə qəbul olunan yeni büdcə layihəsində təhsil sektoruna ayrılan xərclər 121 milyon manat azaldılıb.

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 155 milyon 797 min 681 manat müəyyənləşmışdi. Yeni layihədə isə bu istiqamətdə xərclər 3 milyard 34 milyon 767 min 819 manat göstərilib. Beləliklə, 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7 faizini təşkil edib.

"AzPolitika.info"nun məlumatına görə, dünən Milli Məclisdə müzakirələr zamanı deputat, tanınmış təhsil eksperti Etibar Əliyev çıxış edərək bildirib ki, azaldılma məktəbəqədər təhsildə 35,3 milyon manat - 10,8 faiz nəzərdə tutulur.

"Təhsilin məktəbəqdər həlqəsi ən məzlum həlqədir. Ölkə üzrə məktəbəqədər təhsilin əhatə dairəsi 18 faizdir. Ümumilikdə 30 faiz yaşayış məntəqəsində uşaq baxçaları yoxdur. Bir neçə il əvvəlin proqnozlarına görə, 2020-ci ildə məktəbəqədər təhsilin əhatə dairəsi 90%-ə çatdırılmalı idi. Lakin çatdırıldımı?

Uşaqlar pandemiya ilə bağlı baxçaya getmirsə, xərclər azaldılmalı idimi? Burada əsas məsələ vəsaitin qənaətidirsə, bu, uşaqların təhsili və tərbiyəsi hesabına başa gəlməli deyil. Pandemiyanın qurtarmasını proqnozlaşdıra bilmişikmi? Kəsilən vəsaitin hesabına məktəbəqdər təhsilin şəbəkəsini qismən də olsa genişləndirmək olar. Bu vəsaiti uşaq baxçaları çatışmayan rayonlarda baxçaların açılmasına sərf etmək lazımdır" - deyə millət vəkili vurğulayıb.

 

E. Əliyev daha sonra Hesablama Palatasının təqdim etdiyi hesabata istinadən çıxış edib: "Həmin sənədin 32-ci səhifəsində əks olunan 8-ci cədvəldən göründüyü kimi, dövlət sifarişi ilə ali təhsilin maliyyəsi və təhsil sahəsində digər tədbirlərin xərcindən 40,1 milyon azaldılıb. Ölkədə ilbəil dövlət sifarişli yerlərin sayı artırılır və əvvəllər verilmiş qərarlara müvafiq olaraq 55 faizə qədər yüksəldilməsi nəzərdə tutulur. Sizcə bu azalma indiyəqədərki qərarlarla ziddiyyət təşkil etmirmi? 2019-2020 tədris ilində dövlət sifarişli yerlərin sayı 16 min nəfər artırılmışdı. Nəzərinizə çatdırıram ki, 176 min tələbənin 70 mini dövlət sifarişi ilə təhsil alır. Bu ixtisar həmin yerlərin 30 faiz azalmasına gətirib çıxaracaqdır. Bu, geriyə doğru addım deyilmi?"

Deputat çıxışında iki təklif səsləndirib: "Ölkədə təhsil haqlarının ödənilməsində yaranan problemlərlə əlaqədar olaraq, dövlət büdcəsində təhsil kreditləri ilə bağlı xərclər nəzərdə tutulsun. Düşünürəm ki, gec də olsa bu barədə qərar qəbul olunmalıdır.

İkincisi, ali məktəblərdə tələbələrin ödədikləri təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqlarına sərf olunur.Tələbə təhsilhaqqı ödəmədiyi halda əməkhaqqı problemi yaşana bilər. Təklif edirəm ki, bu problemi öncədən görmək və həlli məqsədlilə dürüstləşən büdcədən vəsait nəzərdə tutulsun".

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR